• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanı 11 min azərbaycanlı tərk edib – SİYAHI

Rusiyanı 11 min azərbaycanlı tərk edib – SİYAHI
04.02.2015 13:37
2014-cü ilin yanvar ayından başlayaraq Rusiyanı 417 000 Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiya vətəndaşı tərk edib, Federal antimonopoliya xidmətinin məlumatına əsasən RBK xəbər verib.

Ümumilikdə xaricilərin sayı artıb, amma Ukrayna münaqişəsi zamanı gələn ukraynalıların hesabına...

Ölkəni tərk edən vətəndaşlarının sayına görə mütləq lider Almaniya olub. Bir il ərzində Rusiyanı 108,4 min alman tərk edib. ABŞ-a 79,3 mindən çox adam, Birləşmiş Krallığa isə 68,7 min britaniyalı qayıdıb.

Ukraynalıları nəzərə almadan Rusiyanı 417 min xarici vətəndaş tərk edib.

Hesabat dövrü ərzində məlum olub ki, Rusiyanı 11 735 azərbaycanlı tərk edib.

Belə ki, 2014-cü ilin birinci yarımilliyində Rusiyaya 16 461 azərbaycanlı gedib, ikinci yarımillikdə isə 28 196 azərbaycanlı bu ölkəni tərk edib. Beləliklə də Rusiyada həmvətənlərimizin sayı 11 735 nəfər azalıb.

Ekspertlər qeyd ediblər ki, əmək mühacirləri Rusiyanı rublun zəifləməsi və patent sisteminin tətbiqi səbəbindən tərk edirlər.

Xatırladaq ki, 2015-ci ilin yanvar ayının 1-dən xarici vətəndaşlar Rusiyada işləmək üçün patent almalıdırlar. Vahid patentləri zamanla kvota mexanizmi əvəz edəcək və mühacirlərə hüquqi şəxslərin, eləcə də fərdi sahibkarların yanında işləməyə icazə verəcək.

Bundan başqa, 2015-ci ilin yanvar ayından Rusiyada MDB ölkələrinin vətəndaşları üçün ölkəyə giriş-çıxış rejimi barədə qanun qüvvəyə minib. İndi bu ölkəyə xarici pasportu olmadan yalnız Gömrük İttifaqı ölkələrinin - Belarus və Qazaxıstan vətəndaşları gələ bilərlər. Eləcə də bu, Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına daxil olmaq istəyini bildirən Qırğızıstan üçün də istisna edilib.//OXU.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol