Bakıda poçtu yardılar

Bakının Qaradağ rayonunda Azərpoçt MMC-nin şöbəsini soyublar.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Qobustan qəsəbəsi Salyan şossesində yerləşən Azərpoçt MMC-nin şöbəsində qeydə alınıb. Poçtun pəncərəsinin dəmir barmaqlığını sındırmaqla 54 manat oğurlanıb.
Hadisə barədə məlumat daxil olan kimi Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsi əməkdaşları əməliyyat keçiriblər.
Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Qədimov tutulub.
Faktla bağlı araşdırma aparılır.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib