• $
  • €
  • ₽
  • ₺
  • £

8 milyon manatlıq cinayətlə bağlı yeni xəbər

8 milyon manatlıq cinayətlə bağlı yeni xəbər
09.02.2015 15:59
"Aqrolizinq” ASC-nin Şəki rayon "Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, istintaq zamanı Cavanşir Qurbanovun 2005-2006-cı illərdə cəmiyyətin Şəki rayon "Aqroservis” filialının müdiri vəzifəsində işləyərkən filialın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gübrə satışından əldə olunmuş 987 min manat məbləğində pulu mənimsəməsində, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ASC-yə 360 min manat məbləğində zərər vuraraq vəzifə saxtakarlığı törətməsində, habelə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vətəndaşa məxsus 5 min 400 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona cinayət işi açılıb.

Məlumata əsasən, ona Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində, bundan başqa Rafim Qurbanovun 2007-2014-cü illərdə həmin filialın müdiri vəzifəsində işləyərkən filialın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gübrə və kənd təsərrüfatı texnikasının satışından əldə olunmuş 5 milyon 363 min manat məbləğində pulu mənimsəməsində, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə və rəsmi sənədləri məhv etməklə cəmiyyətə 2 milyon 84 min manat məbləğində zərər vuraraq vəzifə saxtakarlığı törətməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü və 326.1 (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələrində, anbardar Mehman Rəcəbova isə Cinayət Məcəlləsinin 179.3.2 maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol