• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ-ın Baş Katibi Nyu Yorkdadır

ARGTMŞ-ın Baş Katibi Nyu Yorkdadır
10.02.2015 11:55
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş Katibi Seymur Hüseynov Sosial İnkişaf üzrə BMT Komissiyasının Nyu Yorkda keçirilən 53-cü sessiyasında iştirak edir. Tədbirdə iştirakçı ölkələrin dövlət rəsmiləri və BMT-nin İqdisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü olan qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir.

4-13 fevral 2015-ci tarixlərində, BMT-nin baş qərargahında keçirilən sessiyanın məqsədi 2015-2016-cı illərdə dünyada sosial inkişafın gücləndirilməsi və yeni hədəflərin müəyyən edilməsidir.

BMT Komissiyasının 53-cü sessiyası ali və ümumi panel müzakirələri, işçi qrupların iclasları və ictimai müzakirələrdən ibarət olmaqla təşkil olunub. Sessiya çərçivəsində tədbirlər və fəaliyyət prioritet mövzu olan "Müasir dünyada sosial inkişafın təkrar düşünülməsi və gücləndirilməsi” ətrafında qurulub. Bununla yanaşı tədbir zamanı iqtisadi və sosial problemlər, sosial inkişaf hədəflərinin minilliyin inkişaf planına salınmasına dair müzakirələr təşkil edilmiş, sözü gedən mövzular ətrafında bir sıra ölkələrin təcrübələri dinlənilmişdir.

Səfər çərçivəsində, ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynov və Dünya Gənclər Assambleyasının (WAY) Baş Katibi xanım Ediola Pashollari arasında iki tərəfli görüşlər keçirilmişdir. Görüşlərdə hər iki qurum arasında əməkdaşlıq formatları, qlobal gənclər və sosial siyasət məsələləri müzakirə edilmiş, 2015-ci il ərzində birgə layihə və proqramların həyata keçirilməsinə dair qərar verilib.

Məlumat üçün qeyd edək ki, Sosial İnkişaf üzrə Komissiya 1946-cı ildən fəaliyyət göstərir və BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən yaradılmış 10 əsas qurumdan biridir.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol