• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq kütləvi dava ilə bağlı məlumat yaydı

Prokurorluq kütləvi dava ilə bağlı məlumat yaydı
10.02.2015 17:56
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu fevralın 6-da saat 02 radələrində paytaxtın Xətai rayonu ərazisindəki çay evində baş verən kütləvi dava ilə bağlı məlumat yayıb. 

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayonu ərazisində Şahlar Məzahir oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilib. Həmin fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə şəhər sakini Emin Musayev dostları Abdulla İsmayılov, Loğman Rəhimov, Anar Qəhrəmanov və şəxsiyyəti istintaqa hələlik məlum olmayan Emin adlı şəxslə birlikdə rayon ərazisində fəaliyyət göstərən "Arabeska” çay evində olublar.

Bu zaman orada olan Şahlar Məmmədov və onunla birlikdə şəxsiyyəti istintaqa hələlik məlum olmayan digər iki nəfər tanışları arasında mübahisə yaranıb. Yaranmış mübahisə zəminində A.Qəhrəmanov Ş.Məmmədovu çay evinin arxasına dəvət edib.

Ş.Məmmədovun üstündə gəzdirdiyi bıçaqla A.Qəhrəmanova xəsarət yetirməsində, E.Musayev və A.İsmayılovun isə xuliqanlıq niyyətilə üstlərində gəzdirdiyi bıçaqla Ş.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməklə qəsdən öldürmələrində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrinə tövsif edilib.

Bakı şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən E.Musayev və A.İsmayılov, həmçinin hadisə vaxtı silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq cinayətini törətməkdə şübhəli bilinən Loğman Rəhimov tutulublar.

Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində iş üzrə cinayətin törədilməsində digər şəxslərin iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdilir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol