• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı polisindən əməliyyat

Bakı polisindən əməliyyat
11.02.2015 15:49
Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. 

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində cibgirlik yolu ilə çoxsaylı oğurluq əməli törətməkdə şübhəli bilinən, yanvarın 1-də saat 20 radələrində 64 nömrəli xətt avtobusunda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini Sevinc Nəcəfovanın əl çantasından içərisində 26 manat pul və bank kartlarını talayan, Bakı şəhər Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şanabov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Orlov Ruslan Konstantinoviç, həmin qəsəbənin F.Bayramov küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Paşayev Elmir Eldar oğlu tutulublar.

Şübhəli şəxslərin üzərinə baxış zamanı R.Orlovun üzərindən 3, 776 qram, E.Paşayevin üzərindən 2, 431 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb. Müəyyən olunub ki, onlar elə həmin gün zərərçəkmişə məxsus bank kartından istifadə etməklə Xətai rayonu, M.Hadi küçəsində yerləşən mağazada ərzaq məhsullarına və spirtli içkilərə 219 manat xərcləyib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol