• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Facebook-a etiraz

Azərbaycandan Facebook-a etiraz
12.02.2015 16:48
Qondarma Dağlıq Qarabağ Respublikasının Facebook səhifəsi rəsmi olaraq təsdiq edilib. 

ANN.Az Anspress-ə istinadən xəbər verir ki, təxminən 20 minə yaxın istifadəçisi olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsfəndiyar Əliyev məsələyə münasibət bildirib. O qeyd edib ki, bununla bağlı Facebook-a rəsmi müraciət olunacaq: "Bu cür məsələlərdə Facebook fərqli bir siyasət yürüdür. Onlar siyasi məsələrə diqqət yeturmirlər. Şirkətə rəsmi olaraq müraciətdən sonra Facebook həmin şəxs və ya hökuməti araşdırır və səhifəni təsdiq edir. Bu vəziyyəti aradan qaldırmaq üçün biz məhkəməyə müraciət edərək qərar çıxarmalıyıq. Daha sonra isə əsaslandırılmış tələblərlə Facebook-un ABŞ-dakı baş ofisinə müraciət etməliyik".

Mütəxəssislər isə hesab edir ki, bu cür səhifələrin yığışdırılması üçün bir çox yollar var. İKT üzrə ekspert Cahid İsmayıloğlu ANS PRESS-ə açıqlamasında bildirib ki, Facebook-un baş ofisinə rəsmi olaraq müraciət olunmalıdır. Bununla yanaşı, həmin səhifəni istifadəçilər "unlike" etməlidirlər ki, şirkətin diqqətini bura cəlb edək.

Mütəxəssislər digər bir effektiv variant kimi Facebook-un ölkədə bağlanmasını təklif edilər. Təbii ki, bu addım şirkətin haqlı tələblərə biganə qalmasından sonra atılmalıdır. 

Qeyd edək ki, Türkiyədə də bu yaxınlarda həmin praktikadan istifadə edilib. Hökumət əleyhinə səhifələrin və yazıların yığışdırılmasını tələb edən qonşu ölkə Twitter və Youtube kimi nüfuzlu şəbəkələrin ölkədə istifadəsini qadağan etmişdi. Bundan sonra danışıqlara getməyə məcbur qalan şirkətlər Türkiyənin haqlı iradlarını qəbul etmişdi. 

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol