• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda televiziyanın yaranmasından 59 il ötür

Azərbaycanda televiziyanın yaranmasından 59 il ötür
14.02.2015 09:59
Bu gün Azərbaycanda televiziyanın yaranması günüdür.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, ölkəmizdə televiziya 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. 

Məlumat üçün qeyd edək ki, Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə start verilib və telemərkəzin binasının açılışı 1955-ci ilin sonunda baş tutub.

1956-cı ilin fevralına qədər "Bakı studiyası"nın ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Bununla yanaşı, həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. "Bakı studiyası" əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından orada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər.

Lakin 70-ci illərdən etibarən "Azərbaycan Televiziyası"nın gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçib. Azərbaycanda televiziya yayıma başladığı 1956-cı ildə teleqüllənin inşası tam başa çatmamış olub. Ona görə də "Bakı studiyası"nın ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılır. 1957-ci ildə hündürlüyü 180 metr olan teleqüllə istifadəyə verilib.

O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün olub. Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. Ona görə də 1979-cu ildə Azərbaycan SSR Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başlayıb.

Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verilib. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – "Up-link” stansiyasını quraşdırıblar. İndi "Azərbaycan Televiziyası"nın verilişləri həmin stansiyadan Avropaya "Hot Bird" və "SESAT", Şimali Amerikaya "Galaxy 25", Asiyaya "Turksat 1C" peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə "Azərbaycan Televiziyası" "Avropa keyfiyyəti" medalına layiq görülüb.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol