• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Rusiya Olimpiya Komitəsinin fəxri prezidentini təbrik etdi

İlham Əliyev  Rusiya Olimpiya Komitəsinin fəxri prezidentini təbrik etdi
14.02.2015 18:42
Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Smirnovu 80 illik yubileyi münasibətilə təbrik edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, ölkə başçısı V. Smirnova möhkəm cansağlığı, bütün dünyada idmanın inkişafı və populyarlaşdırılması işində yeni uğurlar arzulayıb.
 
"Sizin çoxillik fəaliyyətiniz Olimpiya ideallarına sədaqətlə xidmət etməyin nadir nümunəsidir. Siz həm sovet dönəmində, həm də postsovet dövründə sağlam həyat tərzinin, bədən tərbiyəsinin və idmanın təbliği üçün çox iş görmüsünüz. Ölkələrimizin idman ictimaiyyəti Sizin Azərbaycanın və Rusiyanın idmançıları və idman təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir. Əminəm ki, Sizi Bakıda keçiriləcək birinci Avropa Oyunlarında ən çox arzu edilən qonaqlardan biri kimi görəcəyik. İndi Azərbaycanda həmin Oyunlara hazırlıq işi başa çatır. Ümidvarıq ki, bu Oyunlar Olimpiya hərəkatında yeni mərhələ olacaq, olimpizmin fundamental dəyərlərinin və prinsiplərinin möhkəmlənməsinə layiqli töhfə verəcək. Sizin çoxillik təcrübəniz gənc idmançıların yeni nəsilləri üçün son dərəcə maraqlı və faydalıdır. Düşünürəm ki, Sizə xas olan enerji istedadlı gənclərin Olimpiya hərəkatına cəlb edilməsinin perspektivləri ilə bağlı hələ çox planları və layihələri həyata keçirməyinizə imkan verəcək. Sizə uğurlar diləyirəm", - deyə təbrikdə qeyd olunub.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol