• $
  • €
  • ₽
  • ₺
  • £

İşləmək istəyənlərin nəzərinə!

İşləmək istəyənlərin nəzərinə!
16.02.2015 16:02
Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 258 yer üçün 521 nəfər ərizə ilə müraciət edib. 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, həmin vakant yerlər üzrə iştirakçılardan müsabiqənin test mərhələsində 156 nəfər uğur qazanıb və onlar seçimin 2-ci mərhələsi olan müsahibə mərhələsində iştirak edəcəklər. 

Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ilin iyul ayında "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi nəticəsində dövlət qulluğu sahəsində vahid sistemin formalaşdırılmasının əsası qoyulub. Ötən dövrdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb.

Ölkə üzrə dövlət qulluqçularının 10 faizi Dövlət Sosial Müdafiə Fondunda çalışır və onların arasında gənclər üstünlük təşkil edir. DSMF 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. 2007-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 3229 nəfər namizəd iştirak edib, bunlardan 605 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar. 

Prezidentin müvafiq sərəncamları ilə dövlət qulluğunda və əhalinin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə DSMF-nin 4 əməkdaşı "Tərəqqi” medalı ilə, 17 əməkdaşı isə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol