• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbinin daha bir uğuru

Bakı Ali Neft Məktəbinin daha bir uğuru
18.02.2015 12:05
Bakı Ali Neft Məktəbinin (BANM) elektron kitabxanası dünya elektron arxivinin (repozitorilərinin) reytinq cədvəlinə daxil olub. Belə ki, dünyanın 2200-dən  artıq ali təhsil müəssisəsinin elektron arxivini əhatə edən  «Webometrics Ranking of World Universities» ümümdünya reytinq cədvəlinin 2015-ci ilin yanvar ayına olan nəticələrinə əsasən,  Bakı Ali Neft Məktəbinin  elektron kitabxanası Vebometriks reytinq cədvəlinə daxil olub. 
Bundan başqa, BANM-in elektron kitabxanası dünyanın aparıcı akademik repozitorilərinin iki reyestrində qeydiyyatdan keçib.

DOAR (Directory of Open Access Repositories), ROAR (Registry of Open Acess Repositories)  ROARMAP (Registry of Open Acess Repositories  Mandates and Policy).

Reytinq dörd göstərici əsasında - zahiri görünüşünə, həcminə, xüsusi fayllarına və elmi məqalələrinə əsasən təhlil olunaraq tərtib edilir. Vebometriks reytinq cədvəli   ali təhsil müəssisəsinin veb-resurslarının İnternetdə populyarlığını xarakterizə edən, onların informasiya  əhəmiyyətliliyini ölçən universal və ixtisaslaşmış axtarış sistemlərinin qiymətləndirmə  göstəricilərinə əsaslanıb. Reytinqin yenilənməsi ildə 2 dəfə baş verir və nəticələr Webometrics Ranking of World Universities rəsmi saytında yerləşdirilir. (www.wembomertics.info)
Qeyd edək ki, BANM-in elektron arxivi (repozitori) (http://dspace.bhos.edu.az ) Hevlett-Pakard və MTİ (Massaçusets Texnologiya İnstitutu) kitabxanalarının birgə əməkdaşlığı  nəticəsində yaradılmış  DSpace  proqram təminatı əsasında çalışır. Proqram ilk dəfə  2002-ci  ildə MTI-un  kitabxanaları tərəfindən dəstəklənən  sistem kimi işə salınıb. DSpace proqram təminatı akademik tədqiqatlarda istifadə olunan rəqəmsal materialların uzunmüddətli  saxlanmasını təmin edən platformadır.
Hal-hazırda BANM-in elektron kitabxanasının kolleksiyaları  Ali Məktəbin müəllim və tədqiqatçılarının tammətnli nəşrləri ilə zənginləşir. Elektron arxivin effektivliyinin artırılması məqsədilə Ali Məktəbin əməkdaşları sona çatdırılmış tədqiqat nəticələrinin elektron versiyasını kitabxanaya təqdim edirlər. Buraya dissertasiyalar, magistr işləri, ekspert rəyindən keçərək dərc olunmuş və ya dərc olunmağa  hazırlanan  elmi əsərlər və s. aid edilir. Ali Məktəbin elektron arxivində müxtəlif mövzulardan olan elektron sənədlərin kolleksiyaları, tədris proqramını dəstəkləyən tədris materialları, əməkdaşların  tədqiqat nəticələri, aparıcı müəllim və alimlərin şəxsi səhifələri və sair kitabxana kolleksiyaları cəmlənib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol