• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bütün ali məktəblərin statusu dəyişdirilir

Azərbaycanda bütün ali məktəblərin statusu dəyişdirilir
19.02.2015 16:31
Qanun layihəsi müzakirəyə çıxarılacaq.

Azərbaycanda ali məktəblərin statusunun dəyişdirilməsi, tədris universitetlərinə tədqiqat statuslarının verilməsi təklif olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış "Elm haqqında” qanun layihəsinin bir sıra maddələrində əks olunub.
 
Layihəyə əsasən ali məktəblər eyni zamanda "Tədqiqat universiteti” adını da daşıya biləcək.
 
"Tədqiqat universiteti” statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada veriləcək. Layihədə qeyd olunub ki, tədqiqat universitetinin əsas vəzifələri təhsil verənlərin və təhsil alanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin real inteqrasiyasını təmin etmək, yeni biliklər yaratmaq, iqtisadiyyata (istehsalata) müasir texnologiyaları transfer etmək, geniş aspektli fundamental və tətbiqi elmi tədqiqatlar həyata keçirmək, magistr, yüksək ixtisaslı elmi kadr hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq, elmi nəticələri kommersiya əsasında sərbəst reallaşdırmaq, texnoparkların formalaşdırılmasına, biznes inkubatorlarının yaradılmasına nail olmaqdır.

Elmi müəssisə və təşkilatlar və ali məktəblər elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədi ilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilər.
 
Qeyd edək ki, qanun layihəsi fevralın 24-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol