• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbi şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı

Bakı Ali Neft Məktəbi şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı
20.02.2015 13:12
Bakı Ali Neft Məktəbi (BANM) və Baker Hughes (Baker Hughes Services İnternational INC.) şirkəti arasında "Əməkdaşlıq haqqında Müqavilə”nin imzalanma mərasimi keçirildi. 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən aparılan uğurlu neft  strategiyasından danışdı. Neft-qaz və kimya  sənayesinin ölkə iqtisadiyyatının inkişafında  əsas rol oynadığını vurğulayan Elmar Qasımov bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu bildirdi. Rektor, həmçinin Ali Məktəbin yaranma  tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri  ilə qurulan əməkdaşlıq haqqında  ətraflı məlumat verdi. Rektor BANM-in Azərbaycanın ali təhsil ocaqlarının  reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğuladı. Bundan başqa, hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun  növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını dedi. 

Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Roy Vaudvayk təmsil etdiyi beynəlxalq şirkət haqqında ətraflı məlumat verdi. O, Şimali Amerika, Latın Amerikası, Avropa, Asiya, Afrika, Yaxın Şərq, Rusiya, Xəzər, və Sakit okean hövzəsi regionlarında 80-dən artıq ölkədə fəaliyyət göstərən Baker Hughes şirkətinin 61.000-dən artıq işçisi olduğunu qeyd etdi. Şirkətin beynəlxalq neft və təbii qaz istehsalı sektorunda müxtəlif xidmətlər, məhsullar, texnologiyalar və sistemlər təklif etdiyini dedi. Həmçinin Baker Hughes şirkətinin qazma, quyuların texniki parametrlərinin qiymətləndirilməsi, quyuların tamamlanması, sualtı qurğuların, neft və qazın emalı texnologiyaları, kənd təsərrüfatında istifadə olunan kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşdığını qeyd edən R. Vaudvayk təmsil etdiyi şirkət ilə BANM-in arasında əldə olunan əməkdaşlığın gələcəkdə bu istiqamətlər üzrə BANM-dəki neft-qaz və kimya mühəndislərinin hazırlığında öz müsbət təsirini tapacağını bildirdi. О, nüfuzlu Ali Məktəblə əməkdaşlığın təmsil etdiyi şirkət üçün qürurverici olduğunu dedi. R.Vaudvayk bu gün imzalanan müqavilənin gələcəkdə BANM-in məzunları üçün çox böyük imkanlar yaradacağını vurğuladı. 
Sonra Bakı Ali Neft Məktəbi ilə Baker Hughes şirkəti arasında Əməkdaşlıq haqqında Müqavilə imzalandı.   

Qeyd edək ki, müqavilədə BANM-də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin, sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, BANM-in tədris prosesində istifadə üçün proqram təminatı ilə təchiz edilməsi, fərqlə-nən¬ tələbələrə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşmış tədris laboratoriyasının yaradıl¬ması, şirkətin mütəxəssislərinin BANM-də fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması,  2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin, kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən "Gənc mühəndislər klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi və digər müddəalar öz əksini tapıb. 

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol