• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
22.02.2015 19:40
Fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturue fevralın 23-nə keçən gecə 3-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Gecə yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacaq, sulu qar və qar yağacaq. Gün ərzində əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Məlumata görə, sabahdan ölkə üzrə temperaturlar yüksəlməyə başlayacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 20-dən Azərbaycanda qeyri-sabit, soyuq hava şəraitinin hökm sürəcəyi barədə xəbərdarlıq etmişdi. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.
 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol