• $
  • €
  • ₽
  • ₺
  • £

Magistraturaya qəbul olmaq üçün müsabiqə şərtləri açıqlanıb

Magistraturaya qəbul olmaq üçün müsabiqə şərtləri açıqlanıb
24.02.2015 17:15
Azərbaycanda 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün müsabiqə şərtləri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər ("Magistr” jurnalının 2015-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcək). Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın  imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

Müsabiqə şərtlərinə əsasən, Təhsil ixtisasları qrupu, Texniki və texnoloji ixtisaslar qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa) üzrə I mərhələnin nəticəsinə qoyulan minimal tələb 40 bal, Humanitar və sosial ixtisaslar qrupunda 50 bal, Təbiət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 45 bal, Mədəniyyət və incəsənət ixtisasları qrupu, Kənd təsərrüfatı ixtisasları qrupu, Bədən tərbiyəsi və idman ixtisası, Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisası və Hərbi idarəetmə ixtisasında 30 bal müəyyənləşib.

II mərhələnin nəticəsinə qoyulan minimal tələblər isə Təhsil ixtisasları qrupu, Texniki və texnoloji ixtisaslar qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa), Humanitar və sosial ixtisaslar qrupu, Təbiət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə dövlət sifarişli yerlər üçün 25 bal, ödənişli yerlər üçünsə 20 bal olub. Yalnız  Mədəniyyət və incəsənət ixtisasları qrupu, Kənd təsərrüfatı ixtisasları qrupu, Bədən tərbiyəsi və idman ixtisası, Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisası və Hərbi idarəetmə ixtisasında  dövlət sifarişli yerlər üçün 20 bal, ödənişli yerlər üçün 15 bal olub.

Müsabiqə əsasında ümumi bala qoyulan minimal tələblər isə Təhsil ixtisasları qrupu, Texniki və texnoloji ixtisaslar qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupunda (Bədən tərbiyəsi və idman ixtisasından başqa) dövlət sifarişli yerlər üçün 65 bal, ödənişli yerlər üçün 60 bal müəyyən edilib. Humanitar və sosial ixtisaslar qrupunda bu bal müvafiq olaraq 75 bal, 70 bal, Təbiət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda müvafiq olaraq 70 bal, 65 bal, Mədəniyyət və incəsənət ixtisasları qrupu, Kənd təsərrüfatı ixtisasları qrupu, Bədən tərbiyəsi və idman ixtisası, Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisası və Hərbi idarəetmə ixtisasında 50 bal, 45 bal olub.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol