• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı küçələrində böyüyən 8 yaşlı uşaq - VİDEO

Bakı küçələrində böyüyən 8 yaşlı uşaq - VİDEO
27.02.2015 09:26
Səkkiz yaşlı Anar küçələrdə dilənməyə məcbur edilir.

Anarın dediyinə görə, artıq 6 gündür ki, küçələr onun sığınacağı, yollar isə evi olub. Elə Anarın özünü paytaxtın internet klublarından birində tapdıq. Onun sözlərinə görə, paytaxtın müxtəlif yerlərində dilənçiliklə məşğul olub. Çünki buna onu qardaşları məcbur edir. Dilənçilik etmədiyində isə onu döyüb, xəsarətlər yetirirlər. Bu səbəbdən onlardan qorxan Anar orada-burada gecələməyə məcburdur. Validenlərinin isə küçədə qalan Anar Məmmədov öldüyünü deyir. Məktəbə də getmir.

"Qardaşlarım məni pol ağacı ilə döyürdülər və dilənməyə məcbur edirdilər".

Evinin Biləcəridə olduğunu deyən Anarın heç cür ünvanını öyrənib evinə apara bilmədik. Onun dilindən hey qardaşlarım məni döyəcək, onlardan qorxuram ifadəsi düşmürdü. Elə Anarla birgə Azərbaycan Uşaqlar Birliyinin sədri olan Kamalə Ağazadənin rəhbərlik etdiyi uşaq sığınacağına üz tutduq. Kəmalə xanım balaca Anara bir müddətlik sahib çıxacaqlarını, onu isti yemək, yataqla təmin edəcəklərini dedi. Azyaşlının psixoloji durumunun nə yerdə olduğunu müəyyən etmək üçün mütəxəssislə görüş təyin ediləcəyini də vurğuladı. Bu da təbii ki, Anarın validenyləri, yaxınları tapılana kimi.

"Sabah məsələ ilə bağlı Binəqədi rayon polis idarəsinə Anar barədə məlumat verəcəyik. Eyni zamanada Binəqədi İcra Hakimiyyətinin qəyyumluq komissiyasına müraciət olunacaq. Eləcə də onun valideyinlərinin, qohumlarının ortaya cıxmasını gözləyəcəyik”, – deyə Kəmalə Ağazadə bildirdi.

Hər halda, bu günlük Anarın taleyindən əmin ola bildik. Amma onun gələcəyinin necə olacağını isə yaxınlarının üzə çıxması həll edə bilər.//ANS
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol