• $
  • €
  • ₽
  • ₺
  • £

"İcra hakimiyyətləri ev tikintisində rüşvət hallarına şərait yaradır"

"İcra hakimiyyətləri ev tikintisində rüşvət hallarına şərait yaradır"
29.05.2020 12:31
 Ötən il Azərbaycan Ombudsmanının ünvanına mənzil hüququ ilə bağlı 476 müraciət daxil olub.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, müraciətlərdə əsasən, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, bundan əsassız imtina və süründürməçiliyə yol verilməsi, çoxmənzilli binalardan mənzil alan vətəndaşların dələduzluq yolu ilə aldadılması, dövlət ehtiyacları üçün alınan mülkiyyətin əvəzində uyğun olmayan kompensasiyanın verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, qəzalı vəziyyətdə olan yaşayış sahəsinin təmiri üçün maddi köməklik göstərilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı ev və mənzillərə ziyan dəyməsi kimi hallar öz əksini tapıb: "Vətəndaşlara məxsus torpaq sahələrində məlumatlandırma icraatı qaydasında fərdi evin tikilməsi üçün rayon icra hakimiyyətlərinə göndərdikləri müvafiq sənədlərə həmin icra hakimiyyətləri tərəfindən baxılmalı və irad olduqda da belə, bu sənədlərə heç bir münasibət bildirilmir və ya müvafiq ərazi üzrə müfəssəl planın işlənib hazırlanmadığı əsas gətirilməklə mənfi cavab verilir. Məhz bu hal vətəndaşların fərdi ev tikməklə öz yaşayışını yaxşılaşdırmasının qarşısını almaqla yanaşı, rüşvət hallarına da şərait yaradır. Bundan başqa, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin müxtəlif problemlərlə üzləşməsinə səbəb olur. İstismarına icazə verilməyən, lakin əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binaları enerji və su ilə təchiz edilib, lakin qazlaşdırılmayıb".

Hesabata əsasən, təbii fəlakətdən zərər çəkmiş vətəndaşlardan ötən il Müvəkkilin ünvanına 174 müraciət daxil olub: "Həmin müraciətlərdə vətəndaşlar müvafiq komissiya tərəfindən qəzalı vəziyyətə düşən evlərinə baxış keçirilmədiyini və ya təmir edilmədiyini, təmir üçün verilmiş kompensasiyanın məbləğinin az olduğunu, eləcə də dəymiş maddi ziyanın ödənilmədiyini bildirib, qeyd edilən məsələlərin həll olunmasında və çətinliklərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş ediblər".

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol