• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hüquq müdafiəçisi həbs edildi

Azərbaycanda hüquq müdafiəçisi həbs edildi
27.02.2015 10:47
Hüquq müdafiəçisi Taleh Xasməmmədov həbs edilib.
 
Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, fevralın 26-da T. Xasməmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, T. Xasməmmədov fevralın 24-də saxlanılıb. Həmin gün Daxili İşlər Nazirliyi (DİN) Taleh Xasməmmədovun saxlanılmasına aydınlıq gətirib.
 
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, Göyçay rayon sakini Taleh Xasməmmədov törətdiyi konkret qanunazidd hərəkətinə görə polis tərəfindən saxlanılıb: "Bu gün saat 13.50 radələrində ərazidə xidmət aparan polis əməkdaşları bir nəfərin başqa birisini yerə yıxaraq döydüyünü görüblər. Polislər dərhal ora yaxınlaşaraq hadisəyə müdaxilə edib. Məlum olub ki, Taleh Xasməmmədov idarə etdiyi nəqliyyat vasitəsini düzgün park etmədiyi üçün Zahir adlı şəxs ona irad bildirib. Bu zəmində onlar arasında mübahisə düşüb və Taleh Xasməmmədov Zahirə müxtəlif bədən xəsarətləri yetirib. Onlar hər ikisi saxlanılıblar. Zərərçəkən Zahirin ərizəsi əsasında Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalara başlanıb və məsələyə hüquqi qiymət veriləcək”.
 
T. Xasməmmədov 2011-ci ildə də xuliqanlıq və polisə müqavimətdə ittiham olunaraq Göyçay Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol