• $
  • €
  • ₽
  • ₺
  • £

Hövsanda qalmaqallı direktora cəza verildi - RƏSMİ

Hövsanda qalmaqallı direktora cəza verildi - RƏSMİ
27.02.2015 16:17
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Hövsandakı 118 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə əlaqədar növbəti açıqlama verib. 

İdarədən Oxu.Az-a bildirilib ki, Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə 19 yanvar 2015-ci il tarixində baş vermiş hadisə ilə bağlı Təhsil Nazirliyinin 21 yanvar 2015-ci il tarixli 37 nömrəli əmrinə əsasən, həmin təhsil müəssisəsinin fəaliyyətinin araşdırılması başa çatıb.

Xatırladaq ki, yanvarın 19-da Hövsandakı 118 nömrəli tam orta məktəbdə aksiya keçirilib.Kənd camaatının sözünə görə, məktəbin tarix müəllimi uzun müddət dərsə gəlməyib. Məktəbin IX sinif şagirdi direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyib. Məktəb direktorunun şagirdə cavabı isə belə olub: "Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?”. 

Direktorun cavabı valideynləri hiddətləndirib. Və nəticədə etiraz aksiyası keçirilib.  Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halının pisləşdiyindən o, dünyasını dəyişib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bu gün bildirilib ki, Təhsil Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin birgə apardığı araşdırma zamanı məktəbin fəaliyyətinin "Təhsil haqqında” Qanuna, mövcud normativ sənədlərin tələblərinə uyğunluğu, idarəetmənin təşkili, təlim-tərbiyə prosesinə nəzarət, fənlərin tədrisi və digər aidiyyəti məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, araşdırma dövründə məktəbin direktoru Qardaşxan Səlimov Təhsil Nazirliyi tərəfindən vəzifəsinin icrasından kənarlaşdırılmış və təhsil müəssisəsinin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə edilmişdi.

Araşdırma nəticəsində məktəbdəki tədris prosesinin təşkilinin ümumən qənaətbəxş olduğu və şagirdlərin davamiyyətinin, müəllimlərin peşəkarlıq səviyyəsinin Bakı şəhəri üzrə orta göstəricilərə uyğunluğu məlum olub. Eyni zamanda, məktəb üzrə təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində ildən-ilə təhsilalanların nailiyyətlərinin (məktəb buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə) davamlı müsbət dinamikası müəyyənləşdirilib.

Hadisənin ilkin səbəbinin məktəbin tarix müəlliminin xəstəliyi ilə əlaqədar direktorun şifahi icazəsi əsasında dərsburaxma hallarına yol verilməsi və buraxılan dərslərin əvəz olunmaması göstərildiyindən, araşdırma zamanı 2014/2015-ci tədris ilində müxtəlif səbəblərdən bütün dərsburaxma halları araşdırılıb. Buraxılan dərslərin əksər hissəsinin ixtisaslı müəllimlər tərəfindən, bir qisminin isə qeyri-ixtisaslı pedaqoji kadrlar tərəfindən əvəz edilməsi (məsələn, hadisəyə ilkin səbəb olan, tarix müəlliməsinin hamiləliyi ilə əlaqədar həqiqətən dərsləri buraxdığı, və həmin dərslərin biologiya və riyaziyyat ixtisası olan pedaqoji kadrlar tərəfindən əvəz olunmuşdur) və ya boş keçməsi halları müəyyən edilib.

Komissiya tərəfindən araşdırılmış bütün məsələlərin nəticələri nəzərə alınaraq, məktəbin direktoru Qardaşxan Səlimovun intizam məsuliyyətinə cəlb olunaraq, iş yerinin dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Növbəti üç ay ərzində məktəbin idarə edilməsi Nizaməddin Ağcayevə həvalə olunub.

Digər məsələlərə hüquqi qiymət verilməsi məqsədilə toplanılmış materiallar aidiyyəti qurumlara göndərilib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol