• $
  • €
  • ₽
  • ₺
  • £

Baş epidemioloqdan qriplə bağlı AÇIQLAMA

Baş epidemioloqdan qriplə bağlı AÇIQLAMA
02.03.2015 14:07
"Azərbaycanda qriplə bağlı vəziyyət tam stabildir və epidemioloji baxımından insanları narahat edəcək vəziyyət yoxdur".
 
Bunu APA-ya açıqlamasında Azərbaycanın baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev deyib. Onun sözlərinə görə, ölkə ərazisində, qriplə bağlı heç bir qorxu yoxdur. Baş epidemioloq qeyd edib ki, Azərbaycanın paytaxtında və ya regionlarda 3-5 adamın xəstələnməsi epidemiyadan xəbər vermir: "Bizim ölkədə də hər şəhərdə, rayonda, kənddə 3-5 nəfərin xəstələnməsi xəstəlik deyil. Yəni, biz özümüzü qorumadan ətrafımızda olan 1-2 nəfəri yoluxdururuq. Əgər belə bir vəziyyət olsaydı onda Səhiyyə Nazirliyi və müvafiq qurumlar tərəfindən ölkə ərazisində epidemioloji sağlamlığa qarşı xüsusi vəziyyət elan edilərdi. Yəni, məktəblər, uşaq bağçaları, ayrı-ayrı müəssisələr bağlanardı. Amma bu gün şükürlər olsun ki, heç bir məktəbə, uşaq bağçası bağlanmayıb. 1-2 nəfərin xəstələnməsi xəstəliyin yayılması demək deyil. Məktəbdə bəzi şagirdlər qripə yoluxduqda onlar sağalana kimi müəyyən müddətdə dərsdən təcrid olunurlar və sağalandan sonra məktəbə buraxılırlar. Fərz edək ki, bir kəndin 2500 nəfər əhalisi var. Onlardan 10 nəfərin qriplə xəstələnməsi heç nədir. Mənim doğulduğum Sabirabada rayonunun 84 kəndi var. Bu kəndlərin hər birində 10 nəfərin xəstələnməsi ümumi 154  min əhalinin xəstələnməsi deyil. Bu normal bir haldır. Ölkə ərazisində heç bir təhlükə yoxdur və  ümumi epidemioloji vəziyyət sabitdir”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol