• $
  • €
  • ₽
  • ₺
  • £

Ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarıldı

Ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarıldı
06.03.2015 14:05
Təhsil naziri: "Məhdud müddət ərzində ali təhsil səviyyəsində bədən tərbiyəsinin bağlantısını görmürük”

"Bu gün tələbələrlə iş, xüsusilə tərbiyə işi, onların asudə vaxtlarının təşkili və bir vətəndaş kimi formalaşmasında ali təhsil sisteminin rolu əvəzsizdir”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün tələbələrlə işin qurulması əvvəlki dövrlə müqayisədə xeyli çətinləşib: "Çünki hər bir tələbə, o cümlədən insanlar üçün rəqabət yüksəlib, amma vaxt daralıb. Düşünürəm ki, bu istiqamətdə bir çox təcrübələrə baxa bilərik. Ali təhsil müəssisələrində maraqlar üzrə istiqamətlər inkişaf etdirilməlidir".

Nazir qeyd edib ki, ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarılıb: "Biz düşünmürük ki, bədən tərbiyəsi ali təhsil sistemi üçün əhəmiyyətli deyil. Әslində bu o dərəcədə əhəmiyyətlidir ki, ali təhsil sistemində biz onun real inkişafı və dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq. Lakin ali təhsil sisteminin ixtisaslarında məhdud müddət ərzində hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün ali təhsil səviyyəsində bədən tərbiyəsinin bağlantısını görmürük. Biz görürük ki, tələbələrin bir qismi güləşlə, futbolla maraqlana, bir qismi isə oxu zallarından zövq ala bilər".

M.Cabbarov deyib ki, missiya peşəkarın hazırlanması ilə yekunlaşa bilməz. Onun sözlərinə görə, nazirlik bu istiqamətdə fəaliyyətin dəstəklənməsi üçün təklifləri qəbul etməyə və dəstəkləməyə hazırdır: "Mən səmimi olaraq inanıram ki, biz tələbələrlə ali təhsil sistemində daha faydalı və fəal şəkildə işləyə bilərik”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol