• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəmanın oğlu "işdən qovulması"ndan danışdı

Milli Qəhrəmanın oğlu "işdən qovulması"ndan danışdı
10.03.2015 15:50
Mətbuatda mənim barəmdə yayılan məlumatların heç bir əsası yoxdur. 

Bunu ANS PRESS-ə açıqlamasında ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərov mətbuatda işdən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. 

Ceyhun Əsgərov ANS-dən qovulduğu ilə bağlı yayılan məlumatların tam əsassız olduğunu dilə gətirib. 

O qeyd edib ki, bu məlumatları eşidəndə xeyli təəccüblənib: 

"Yayılan məlumatlar həqiqətə uyğun deyil. Mən bayramqabağı məzuniyyət götürmüşəm və hazırda ailəmlə vaxt keçirirəm. Məzuniyyətim bitəndən sonra işimə qayıdacam. Bununla yanaşı qeyd edim ki, ANS həmişə mənə və anam, milli qəhrəman Salatın Əsgərovanın ruhuna hörmətlə yanaşıb. Digər kanallardan fərqli olaraq ANS anamın anım gününü heç vaxt yaddan çıxarmayıb. Mən ANS-də işləməyəndə də milli qəhrəman Salatın Əsgərova ilə bağlı süjetlər hazırlayıb".

Jurnalist bildirib ki, Seyfulla və Vahid Mustafayevlər, həmçinin Mirşahin Ağayev onun müəllimləri olub. Ceyhun Əsgərov ANS-in öz həyatında tamam fərqli bir yeri olduğunu və ANS-in məktəb olduğunu qeyd edib.

"ANS iş yeri deyil, həyat tərzidir. ANS-də neçə illərdir çalışıram və bura mənim üçün doğma mühitdir. Yaxşı kollektivdə işləmişəm. Hər zaman bir ailə kimi olmuşuq və bir yerdə çiyin-çiyinə çalışmışıq", - deyə jurnalist qeyd edib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol