• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir doğuş faciəsi

Azərbaycanda daha bir doğuş faciəsi
29.05.2020 09:10
Gəncədə gənc ailənin uşaq sevinci bir anda faciəyə çevrilib. Bir neçə gün əvvəl qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən 29 yaşlı Təranə Tomuyeva dünən xəstəxanada dünyasını dəyişib.

Mərhumun yaxınlarının Milli.Az-a verdiyi məlumata görə, T.Tomuyeva martın 2-də Gəncə şəhər Doğum Evinə aparılıb. 

Orada mama-ginekoloq Ağcagül Qasımova tərəfindən qeysəriyyə əməliyyatı edilib. Sonradan isə xəstənin vəziyyəti qəfil pisləşib və yenidən əməliyyata götürülüb. Dünən isə T.Tomuyeva dünyasını dəyişib. 

Təranənin yaxınları iddia edir ki, qeysəriyyə əməliyyatı zamanı həkimlər onun bağırsağını zədələyiblər. Təkrar əməliyyat da məhz bu problemi aradan qaldırmaq üçün edilib. 

T.Tomiyevanın əməliyyat edən və adı ölümdə hallandırılan A.Qasımova bildirdi ki, xəstənin ölümündə onun heç bir səhlənkarlığı olmayıb: 

"Mərhumun valideynləri çox şey iddia edə bilər. Mənim əməliyyatım normal keçib. Əməliyyatdan sonra xəstənin özündə problemlər olub. Mədə-bağırsaq sistemindəki problemə görə yenidən əməliyyata götürülüb. Əməliyyatdan 2 gün sonra bağırsaqda köp əmələ gəlib, qusmalar olub. Xəstənin ölümündə mənim günahlandırılmağım səhvdir”.

A.Qasımova qeyd etdi ki, xəstədə bağırsaq keçilməməzliyi olub və cərrah çağırılıb. Hər şey qaydasında olub. Bu işdə həkim səhlənkarlığı olsa, məsuliyyətə cəlb olunmalıdır. Belə bir şey mümkün deyil. 

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol