• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Hansı kanalı açırsan, ancaq çal-çağırdır

Deputat: Hansı kanalı açırsan, ancaq çal-çağırdır
11.03.2015 12:27
Azərbaycanın hansı telekanalını açırsan, ancaq çal-çağır, şou-biznesdir. Biri deyir ər axtarıram, biri deyir onu axtarıram, biri deyir bunu axtarıram. Bir də görürsən ki, 70 yaşlı bir kişi gündə ən azı 28 dənə sms göndərir. Hesab edirəm ki, bunlar yığışdırılmalıdır, bu cür verilişlərin sayı, vaxtı xeyli azaldılmalıdır.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu fikri Milli Məclisin üzvü Rüfət Quliyev parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında "Reklam haqqında” qanunun müzakirəsi zamanı səsləndirib.

R.Quliyev qeyd edib ki, bu gün telekanallarda bu cür verilişlərdənsə, vətənpərvərlik, maarifləndirmə istiqamətində verilişlərə, proqramlara daha geniş yer ayrılmalıdır. Millət vəkili hesab edir ki, Azərbaycanda sahibkarlarla, fermerlərlə bağlı verilişlərə ehtiyac var:

"Çünki bu gün Azərbaycanda açıq, şəffaf sahibkarlıq mühiti var və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların insanlarla ünsiyyətinin yaxşılaşdırılması, yaxınlaşdırılması lazımdır. Bu baxımdan, telekanallarda "Sahibkarlıq saatı” adlı veriliş yayımlanmalıdır, həmçinin  "Kənd saatı” verilişinin vaxtı artırılmalı, insanların diqqəti yenidən kənd təsərrüfatına cəlb olunmalıdır”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol