• $
  • €
  • ₽
  • ₺
  • £

Peşə liseylərində təhsil alan şagirdlər üçün buraxılış imtahanı

Peşə liseylərində təhsil alan şagirdlər üçün buraxılış imtahanı
29.05.2020 06:37
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də peşə liseylərinin sonuncu siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirəcək.
 
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan 29 şəhər və rayonda - Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.
 
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili), riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Əlavə olaraq, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. 

Məlumat üçün bildirək ki, imtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 39 imtahan rəhbəri, 430 zal nəzarətçisi cəlb olunub. İmtahanlarda ümumilikdə 5026 şagirdin (Bakıda 2049, Gəncədə 337, Şəmkirdə 92, Gədəbəydə 185, Qazaxda 99, Tovuzda 134, Sumqayıtda 420, Abşeronda 135, Şamaxıda 66, Qaxda 117, Bərdədə 136, Göyçayda 106, Kürdəmir 117, Zərdabda 80, Şirvanda 170, Sabirabadda 94, Biləsuvarda 83, Salyanda 91, Saatlıda 116, Lənkəranda 77, Cəlilabadda 100, Qubada 103, Xaçmazda 119) iştirak edəcəyi gözlənilir. 

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol