• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində ağacəkmə aksiyası

“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində ağacəkmə aksiyası
18.03.2015 15:34
Dünən Azərbaycanın milli peyk operatoru "Azərkosmos” ASC-də "Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyası keçirilib. 

Aksiya "Azərkosmos” ASC-nin 120 əməkdaşının iştirakı ilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində baş tutub. Azərkosmos əməkdaşları mərkəzin ərazisində iydə, akasiya, söyüd və şam ağacları, ərazidəki yaşıllıqlara qulluq edib, abadlıq işləri aparıblar. Tədbirin keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.

Tədbir açıq elan olunduqdan sonra "Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Məlumatda qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Leyla Əliyevanın rəhbərliyi ilə ölkəmizdə növbənöv ağaclar əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub, ekoloji tədbirlər və müsabiqələr keçirilib, sənaye və məişət tullantılarının azaldılmasına yönəlik layihələr gerçəkləşdirilib.

ANN.Az



Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol