• $
  • €
  • ₽
  • ₺
  • £

Yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti azaldıldı

Yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti azaldıldı
29.05.2020 12:17
Azərbaycanda bina və fərdi yaşayış evləri ilə bağlı tikintiyə icazə verilməsinin ümumi qaydaları çərçivəsində səlahiyyətli icra orqanları müəyyənləşib.
 
APA-nın məlumatına görə, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanına əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, yerli icra hakimiyyəti orqanları tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və yerli icra hakimiyyəti orqanları tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərirdi. Həmin sorğuya 1 ay müddətində rəy bildirilməli idi və bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, yerli icra hakimiyyəti orqanları  orqanı iradların olmaması prezumpsiyasından çıxış edirdi.
 
Azərbaycan prezidenti İlham Əliyevin  "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” fərmanına etdiyi dəyişikliyə əsasən bu sahədə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri azaldılıb.  Başqa sözlə, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, yerli icra hakimiyyəti orqanları tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və artıq yerli icra hakimiyyəti orqanları deyil, Nazirlər Kabineti tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərəcək. Həmin sorğuya isə yenə 1 ay müddətində rəy bildirilməlidir və bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, yerli icra hakimiyyəti orqanları iradların olmaması prezumpsiyasından çıxış edəcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol