• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycana 9 it hədiyyə etdi

ABŞ Azərbaycana 9 it hədiyyə etdi
29.03.2015 15:43
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaran itlər qrupunun cins itlər yetişdirmə məntəqəsində 2011-ci ilin əvvəllərindən bu günə kimi 30  küçük yetişdirib.

Bu barədə APA-ya ANAMA-nın baş mütəxəssisi Fikrət Əliyev məlumat verib.
 
F. Əliyev bildirib ki, hazırda ANAMA-nın minaaxtaran itlər qrupunda 29 əməliyyat iti, 10 təlimə cəlb olunan it, 2 damazlıq-malinua cinsli (Almaniya və Belçikada yetişdirilən) it mövcuddur. 2011-2014-cü illər ərzində yetişdirilən 32 itdən 12-si əməliyyat sahəsinə cəlb olunub, qalanları isə təlimdədir. Əməliyyat sahəsinə cəlb olunan itlər ANAMA tərəfindən aparılan  akkreditasiyadan keçib və əvvəlcə daxili keyfiyyətə, sonra isə minatəmizləmə əməliyyatlarına buraxılıb.
 
Fikrət Əliyev deyib ki, küçüklər doğulduğu gündən 4-6 aylığına qədər Göygöl təlim mərkəzində topla həvəsləndirmə və müəyyən qədər itaətkarlığa cəlb olunurlar: "6 aylığından 12 ayına qədər isə Füzuli regional bazasında ilkin təlimlərə cəlb edilirlər. Hazırda yetişdirilmiş küçüklərdən 12-si real mina sahəsində uğurla iştirak edir. 13 küçükdən 7-si testdən keçmək üçün hazırlıq mərhələsindədir. Qalan 6 küçükdən 4-ü təlimə cəlb olunub, Rita və Layman ləqəbli küçüklər damazlıq üçün Göygöl bazasında saxlanılır”.
 
F. Əliyev bu günlərdə ABŞ-ın Marşal Leqasi İnstitutu tərəfindən ANAMA-ya 9 itin hədiyyə edildiyini söyləyib: "İtlər Əfqanıstanın Kabul şəhərində yerləşən MDC (Mine Dog Centre) təlim mərkəzində saxlanılırdı. ANAMA əməkdaşları Ramazan Heydərov və mən martın 7-dən 17-nə qədər Əfqanıstanda səfərdə olduq və  15 it arasında qiymətləndirmə aparıb 9 baş iti seçərək ölkəmizə gətirdik”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol