• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunsuz reklamla məşğul olan avtomobil sahiblərinə "şokoterapiya"

Qanunsuz reklamla məşğul olan avtomobil sahiblərinə "şokoterapiya"
29.03.2015 16:52
Bakıda yol polisi müvafiq icazə almadan reklam yayan nəqliyyat vasitələrinə qarşı reyd keçirib. Reyd zamanı 100-dən artıq avtomobil sahibi xeyli miqdarda cərimə olunub.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, son günlər yol polisi tərəfindən həyata keçirilən tədbirlər zamanı paytaxtın inzibati ərazisində idarə edilən nəqliyyat vasitələrinin üzərində reklam materiallarının qanunsuz olaraq, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan yayılması faktlarına rast gəlinib. Nəticədə bəzi taksi fəaliyyəti ilə məşğul olan avtomobillər, eləcə də avtobus və yük maşınlarının üzərilərində qanunsuz reklam fəaliyyəti ilə əlaqədar 100-dən artıq sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

V.Əsədov qeyd edib ki, reklam haqqında qanunvericiliyin pozulmasına görə saxlanılan nəqliyyat vasitələrinin əksəriyyətinin hüquqi şəxslərə məxsus olduğu aydınlaşıb: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu cür fəaliyyətlə məşğul olan sürücülərə bir daha xəbərdarlıq edir ki, İnzibati Xətalar Məcəlləsinin 221.2-ci maddəsinə (Reklam haqqında qanunvericiliyin pozulması) əsasən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir”

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol