• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda əcnəbi vətəndaşlara verilən uşaqlar ciddi nəzarət altındadır"

"Azərbaycanda əcnəbi vətəndaşlara verilən uşaqlar ciddi nəzarət altındadır"
30.03.2015 13:30
"Bu gün Azərbaycanda əcnəbi vətəndaşlara verilən uşaqlar ciddi nəzarət altındadır. Əcnəbilərə övladlığa verilən uşaqlara nəzarət edən Azərbaycan və dünyada akkreditasiyadan keçmiş təşkilatlar, həmçinin uşağı övladlığa götürən valideynlər üç il ərzində hər altı aydan bir video çəkiliş, fotoşəkillər, tibbi, sağlamlıq və psixoloji vəziyyəti haqda arayış, eyni zamanda uşağın təhsil aldığı məktəbdən şəkilləri təsdiq edilmiş halda bizə təqdim edirlər”.

Bu sözləri APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

E. Səfərov əcnəbilərə verilən uşaqların məhkəmə qərarı ilə vətəndaşlığına xitam verildiyini bildirib: "Övladlığa verilmə məsələləri ilə birbaşa 2007-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. Əvvəllər bu məsələ Nazirlər Kabinetinin səlahiyyətində idi. Zaman-zaman övladlığa verilən uşaqlarla bağlı mənfi xəbərlər olurdu. Artıq belə bir hallar müşahidə olunmur. Biz uşaqların maraqlarını qorumaq üçün onlara nəzarəti daha da gücləndiririk. Uşaq verilən ölkənin vətəndaşlığını alır və birbaşa həmin dövlətin vətəndaşı hesab edilir. Düzdür, onun Azərbaycan vətəndaşlığı itirilməmiş də sayılar bilər. Bu isə daha çox valideynlərdən asılıdır”.

E. Səfərov bildirib ki, 2007-2014-cü illərdə 43 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib: "Siyahıda daha çox əslən Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşı olan şəxslər və ABŞ vətəndaşları üstünlük təşkil edir. Siyahıda Fransa, İsveçrə və azərbaycanlılarla ailə quran Türkiyə vətəndaşları da var. Afrika, Avstraliya və Asiya qitələrindəki ölkələrdən indiyədək övladlığa götürmə ilə bağlı müraciət daxil olmayıb”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol