• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda 4 bal gücündə növbəti zəlzələ baş verdi

Şamaxıda 4 bal gücündə növbəti zəlzələ baş verdi
30.03.2015 17:42
Bu gün Şamaxıda ikinci zəlzələ baş verib.
 
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 15:22-də Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 6 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İlk zəlzələ isə bu gün yerli vaxtla saat 14:54-də Pirquludan 13 km şimalda - Şamaxı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, hazırda həmin ərazidə proseslər gedir. Onun sözlərinə görə, zəlzələdən sonra "afterşoklar”ın olması gözlənilir: "Şamaxı ən aktiv zəlzələ zonalarından biridir və burada güclü zəlzələ ocaqları yerləşir. Ona görə də həmin zonada zəlzələnin baş verməsi əvvəldən gözlənilən idi".

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol