• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış iqtisadçi alimi dünyasını dəyişdi

Tanınmış iqtisadçi alimi dünyasını dəyişdi
02.04.2015 16:17
Azərbaycan iqtisad elmi məktəbinin yaranmasında, yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuş görkəmli iqtisadçı alim, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Ağasəlim Ələsgərov 87 yaşında vəfat edib.

Trend Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, A.Ələsgərov 1928-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1946-50-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil alıb. 1950-53-cü illərdə Bakı şəhəri Xalq Deputatları Sovetinin Plan Komissiyasında iqtisadçı vəzifəsindən baş iqtisadçı, mənzil-kommunal, əsaslı tikinti şöbələrinin müdiri və Bakı şəhəri uçot-inventarizasiya idarəsinin rəhbəri vəzifələrinə yüksəlib.

1953-54-cü illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1954-55-ci illərdə Bakı Şəhər Soveti İcraiyyə Komitəsində çalışıb, eyni zamanda M.Ə.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Siyasi İqtisad kafedrasında müəllimlik etməyə başlayıb.

1958-ci ildə ilk dəfə SSRİ-də "Pambığın maya dəyəri və onun aşağı salınması yolları” mövzusunda namizədlik, 1968-ci ildə "Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor adına layiq görülüb.

1974-1978-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və "Siyasi iqtisad” kafedrasının müdiri, 1989-1998-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb.

1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.

A.Ələsgərovun respublikada yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olub. A.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanıb.

İqtisadiyyatın müxtəlif sahələrində – iqtisadi nəzəriyyə, makro-iqtisadi siyasət, maya dəyəri, əmək məhsuldarlığı, təsərrüfat hesabı və digər istiqamətlərə aid 221 elmi əsərin müəllifidir.

İqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna xidmətləri olan A.Ələsgərov beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edib.

A.Ələsgərov məhsuldar elmi fəaliyyətinə görə 1982-ci ildə "Əməkdar mədəniyyət işçisi”, 1986-cı ildə "Əmək veteranı” medalı, 2014-cü ildə isə Rusiya EA-nın xüsusi medalı ilə təltif edilib

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol