• $
  • €
  • ₽
  • ₺
  • £

Palatanın son hesabatı

Palatanın son hesabatı
05.04.2015 13:32
Hesablama Palatası kollegiyasının növbəti iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında hesabat” müzakirə olunub. 

İclasda, həmçinin 2014-cü il üçün iş planına əsasən həyata keçirilmiş nəzarət tədbirlərinin və cari fəaliyyətin, o cümlədən sona çatmış Strateji İnkişaf Planının və beynəlxalq layihənin nəticələri barədə məlumat verilib, müəyyən edilmiş funksiyaların icra vəziyyəti müzakirə olunub.

Palatadan AZƏRTAC-a bildiriblər ki, müzakirələrin sonunda "Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında hesabat” təsdiq edilib və hesabatın Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri ilə bağlı hesabat və rəy, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil üzrə arayış müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Lənkəran Şəhər İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair, eləcə də "Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair nəzarət tədbirləri üzrə proqramlar da təsdiqlənib.
 
ANN.Az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol