• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti dəyişiklik etdi

Nazirlər Kabineti dəyişiklik etdi
06.04.2015 10:59
Nazirlər Kabineti "Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nda dəyişiklik edib.
 
APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyində təşkil edilmiş ümummilli məlumat bankına narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair məlumatlar daxil edilir.
 
Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, digər aidiyyəti dövlət orqanlarının nəzdində fəaliyyət göstərən idarələr, komissiyalar, istintaq orqanları ümummilli məlumat bankının informasiya mərkəzlərindən onlara aid məlumatları almaq üçün təsdiq edilmiş xüsusi sorğu tərtib edib ümummilli məlumat bankına müraciət edirlər. Ümummilli məlumat bankında sorğu öyrənilir, onun qanunauyğun, aidiyyəti olduğunu müəyyən edir və qanunvericilikdə nəzərdə tutulmuş vaxt ərzində sorğu barədə məlumat verir. İndiyə qədər narkoloji tibb müəssisələrində könüllü olaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar yalnız həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə ümummilli məlumat bankından hüquq-mühafizə orqanına verilə bilərdi. Ancaq dəyişikliyə əsasən bundan sonra hüquq-mühafizə orqanlarının sorğularına cavab vermək məcburi xarakter daşıyacaq. Başqa sözlə, narkoloji tibb müəssisələrində könüllü olaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə ümummilli məlumat bankından hüquq-mühafizə orqanına veriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol