• $
  • €
  • ₽
  • ₺
  • £

Quzu ətindən də bahalı göbələk

Quzu ətindən də bahalı göbələk
29.05.2020 00:41
Quzuqarnı adlanan göbələk növü bazarda quzu ətindən də baha satılır. Bir kiloqramı 10-15 manatdır.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri göbələyin bu növünün toplanması işi ilə məşğul olan Əliheydər Yusifov bildirib.

Onun sözlərinə görə, göbələyin bu növünün yığılması da çətindir:

"Onun yığılması olduqca çətindir. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Amma deyilənə görə, əvvəllər meşələrdə quzuqarnı bol olurmuş”.

"Quzuqarnı toplayarkən balıq tutmaq qədər həzz alıram. Bəlkə də daha çox. Bu bitki sanki onu görməsinlər deyə gizlənir. Rəngi də yarpaqlardan seçilmir. Amma biz hər il quzuqarnı yığdığımızdan onun yerini bilirik. Meşədə əsasən qovaq ağaclarının altında bitir. Mart ayının əvvəllərində yağışlar çox yağarsa, quzuqarnı da bol olar”, - deyə Ə.Yusifov vurğulayır.

Məlumat üçün bildirək ki, 20-25 gün ömrü olan quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur.

Qeyd edək ki, el arasında quzuqarnı adlanan göbələk növünü Xaçmaz və Şabran rayonlarının meşəliklərindən mart ayının ikinci ongünlüyündən başlayaraq toplamaq olar. Quzuqarnı mövsümü aprelin ortalarınadək davam edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol