• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədbağır Bağırzadənin oğlunu məhkəməyə verdilər

Məmmədbağır Bağırzadənin oğlunu məhkəməyə verdilər
07.04.2015 22:38
Bəxtiyar Məmmədov: "Rahim Bağırzadə Mürvət Abdullayevdən 40 min manat alıb və qaytarmır”

Cəbrayıl köçkünü Mürvət Abdullayev Azərbaycanın xalq artisti, mərhum müğənni Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadəni mülki qaydada məhkəməyə verib. O, R.Bağırzadədən borc verdiyi pulu geri tələb edir. Bu haqda "Yeni Müsavat”a açıqlama verən M.Abdullayevin nümayəndəsi, "İnamla Hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov deyib ki, iddia Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır və iş üzrə məhkəmə iclası martın 30-na təyin olunub. B.Məmmədov deyir ki, R.Bağırzadənin borc alıb qaytarmadığı bir çox şəxs var: "Aldanmış şəxslər arasında incəsənət və şou aləmində tanınmış müğənnilər də var. Lakin hələlik ad çəkmək istəmirik.

O, Mürvət Abdullayevdən 40 min manat alıb və qaytarmır. Hətta bir neçə yüksək rütbəli məmurların adlarını çəkməklə təxminən 700 min manata yaxın pul vəsaitini aldatmaqla mənimsəyib. Mürvət Abdullayevdən 40 min manatı 1 il bundan öncə aldatma yolu alıb və dolayı yollarla qaytarmaqdan imtina edir. M.Abdullayev Rahim Bağırzadənin obyektində yer kirayə edib və uzun illərdir ki, orada meyvə-tərəvəz alveri ilə məşğul olur, ona kirayə haqqı ödəyir. Bu müddət ərzində Rahim Bağırzadə Mürvət Abdullayevin inamını qazanıb və öz çirkin əməllərini həyata keçirib. Çox təəssüf edirik ki, xalqımızın sevimlisi olmuş mərhum Məmmədbağır Bağırzadənin oğlu belə qanunsuz hərəkətlərə yol verərək atasının nüfuzuna xələl gətirir”.

"Yeni Müsavat” əməkdaşı məsələyə aydınlıq gətirmək üçün R.Bağırzadəyə müraciət edib. Lakin israrlı telefon zənglərimiz cavabsız qalıb. Bununla belə R.Bağırzadənin də mövqeyini dərc etməyə hazırıq.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol