• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədov: “Qayda pozan hər kəs cərimələnir”

Vaqif Əsədov: “Qayda pozan hər kəs cərimələnir”
09.04.2015 16:57
Bakıda kimliyindən asılı olmayaraq yol qaydasını pozan hər kəs saxlanılır və cərimələnir.

 Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən kimliyindən asılı olmayaraq, bilərəkdən, yaxud bilmədən yol hərəkəti qaydasını pozanlar inzibati xəta törətdikdə saxlanılaraq məsuliyyətə cəlb edilir.

Onun sözlərinə görə, bu günə qədər qayda pozan bir çox tanınmış şəxslər barəsində dəfələrlə olub ki, inzibati qaydada tədbirlər görülüb. Yol polisinin sözlərinə görə, hazırda quraşdırılan yeni texniki qurğular kimliyindən asılı olmayaraq dərhal qeydiyyata alır və onlar barəsində tədbirlər görülür.

"Əməkdaşlarımız təkcə reydlər keçirməklə baş verən xətaların qarşısını almır. Eyni zamanda hər bir yol polisi əməkdaşı təhkim olunduğu ərazilərdə xidmət aparır. Bunun da nəticəsində ilin əvvəlindən bu günə qədər 219 minə yaxın sürücü barəsində inzibati protokol tərtib olunub. Bunun 4435-i sırf sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərdir. Qəza şəraiti yaradan 718 sürücü polis tərəfindən sənədləşdirilib. Polisin qanunu tələblərini yerinə yetirməyən 932 sürücü barəsində də müvafiq tədbirlər görülüb. Avtoxuliqanlıq edən 234 sürücü məsuliyyətə cəlb edilib”, - deyə V.Əsədov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, piyadaların avtomobil tərəfindən vurulmasının qarşısını almaq üçün keçirilən tədbirlər zamanı 7 minə yaxın piyada barədə protokol tərtib olunub: "Bakı şəhəri üzrə baş verən yol hərəkəti hadisələrini təhlül edərkən görürük ki, sürət həddinin artırılması səbəbindən baş verən hadisələr, eyni zamanda yolun müəyyən edilməyən hissəsindən keçən piyadaların vurulması ümumi hadisələrin 50 faizidir. Bu da ciddi narahatçılıq doğurur”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol