"Metropark"da baş verən kütləvi zəhərlənmə ilə bağlı xüsusi komissiya yaradıldı

Bakının Nərimanov rayonunda yerləşən "Metropark" ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı polis, prokurorluq orqanları və Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək ixtisaslı mütəxəssislərindən ibarət birgə komissiya yaradılıb.
Bu barədə "Report"a FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib. Onun sözlərinə görə birgə komissiyanın verəcəyi yekun rəydən sonra hadisənin başvermə səbəbləri məlum olacaq. O.Bayramov, həmçinin bildirib ki, FHN-in mütəxəssisləri Bakı şəhərində yerləşən ticarət mərkəzlərində baş verə biləcək yanğın və ya digər fövqəladə hadisələrin qarşısının alınması istiqamətində mütəmadi yoxlamalar həyata keçirir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























