• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nə qədər dini icma var? - SİYAHI

Azərbaycanda nə qədər dini icma var? - SİYAHI
13.04.2015 22:17
Azərbaycan hər zaman tolerant bir ölkə kimi tanınıb. Məhz buna görə ölkədə onlarla müsəlman və qeyri-müsəlman dini icması fəaliyyət göstərir.
 
Lent.az-ın məlumatına görə, müsəlman dini icmaları arasında tarixi olan qurum Qafqaz Müsəlmanları İdarəsidir. Azərbaycanda təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-müsəlman dini  icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ  var.

 İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir. Yəni QMİ tərəfindən din xadimi təyin edilməyən məscidlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmır.

Dini etiqad azadlığı haqqında qanuna əsasən,  bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. 2009-cu il dən etibarən ümumilikdə 598 dini icma qeydiyyatdan keçərək, fəaliyyətlərini davam etdirirlər. Həmin icmaların 577-si müsəlman, 21-i isə qeyri-müsəlman dini icmasıdır. Lent.az Dini Komitəyə istinadən Azərbaycanda fəaliyyət göstərən qeyri-müsəlman dini icmaların siyahısını təqdim edir.

1. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu
2. Bakı şəhəri Dağ Yəhudiləri  dini icması
3. Bakı Krişna Şüuru dini icması
4."Yeni Həyat” Xristian incil  dini icması
5. Azərbaycan Yəhudiləri dini icması
6.  Sumqayıt şəh., "Molokan ruhani-xristian”  dini icması
7. "Sumqayıt Yəhudiləri” dini icması
8.  Bakı şəh., "Molokan ruhani-xristian”  dini icması
9.  Quba r-nu Qırmızı qəsəbə Dağ Yəhudiləri  dini icması
10.  Azərbaycan Respublikasının Alban-Udi Xristian  dini icması
11.  Avropa Yəhudilərinin Bakı dini icması
12.  Gürcü Yəhudilərinin Bakı dini icması
13.  Qobustan r-nu Hilmilli kəndi "Molokan ruhani-xristian”  dini icması
14.  Bakı şəhəri Bəhai d.i.
15.  Qax rayonu Qaxingiloy kəndi "Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian  dini icması
16.  Qax rayonu Əlibəyli kəndi "Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian  dini icması
17.  Xilaskar Yevangelik Lüteranların Bakı  dini icması
18.  Sumqayıt şəhəri Bəhai dini icması
19.  Oğuz şəhəri Alban-Udi Xristian dini icması
20.  "Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu
21.  "Həyat sözü” Xristian dini icması
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol