• $
  • €
  • ₽
  • ₺
  • £

“Qırmızı Xaç”ın nümayəndəsi hicab məhbusu ilə görüşüb

“Qırmızı Xaç”ın nümayəndəsi hicab məhbusu ilə görüşüb
18.04.2015 15:39
Xəbər verildiyi kimi, 2015-cü il mart ayının 19-da 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən hicab məhbusları - Araz Quliyev və daha iki məhkumun həbsxana daxilində məhkəməsi keçirilib və onların Qobustan qapalı tipli həbsxanaya köçürülməsi barədə qərar çıxarılıb. Aprelin 11-də onlar Qobustan həbsxanasına aparılıblar.

Araz Quliyevin ailə üzvləri bu qərarın əsassız olduğunu bildirərək, prezident İlham Əliyevə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə müraciət etmişdilər. 

Musavat.com-un cenubnews.com-a istinadən verdiyi xəbərə görə, "Qırmızı Xaç”ın Azərbaycandakı nümayəndəliyi ötən gün Araz Quliyevin ailə üzvlərinə zəng edərək artıq məhbusla görüşdüklərini deyiblər. Onu da qeyd ediblər ki, Araz Quliyevin saxlanılan yeri ilə tanış olublar və "səhhətində heç bir problem yoxdur”.

Xatırladaq ki, 2014-cü il dekabr ayının 22 də məhkum Elşad Babayev sözügedən həbsxanada, karserdə öldürüldükdən sonra məhkumlar etiraz aksiyası keçiriblər. Aksiyada türmənin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin, müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alan, üsyanı sakitləşdirməyə çalışan hicab məhbusları - Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və digərləri işgəncələrə məruz qalıblar. 

Dekabrın 26-da isə həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilib və məhkumlar amansızcasına döydürülüb. Ardınca Araz Quliyev və Anar Qasımlı daxil olmaqla 11 məhkum işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə ("Tubzon”) aparılıblar. Bir müddət orada saxlanılan dustaqlar yenidən 14 saylı müəssisəyə qaytarılıblar və təzədən karserə, Araz Quliyev və Miryusif Əsədov isə "bunker”ə salınıblar. Martın 11-dən sonra karserdəki məhkumlardan 8 nəfəri cəza kamerasından azad edilib. Lakin Araz Quliyev, Miryusif Əsədov və Natiq adlı məhkumun karser cəzası yenidən artırılıb. Martın 19-da isə onların məhkəməsi keçirilib və Qobustan qapalı tipli həbsxanaya köçürülmələri barədə qərar çıxarılıb.

2012-ci ildə saxta ittihamlarla həbs edilən Araz Quliyevə 8 illik həbs cəzası kəsilib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol