• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əlil uşaqların sayı azaldı

Azərbaycanda əlil uşaqların sayı azaldı
20.04.2015 14:09
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən cari ilin yanvar-mart aylarında təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam, 1118 nəfər hissəvi reabilitasiya olunub. 

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, ümumilikdə bu dövrdə tam reabilitasiya göstəricisi 3,2% olmaqla, hissəvi reabilitasiya 2%-dən 2,7%-ə yüksəlib. Hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilən şəxslərin sayı ötən ilin ilk rübü ilə müqayisədə 1515 nəfər (44,4%) azalıb. 

Bu ilin birinci rübü ərzində ƏƏSMN-nin bərpa müəssisələrində 1227 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq bərpa-müalicə xidməti ilə təmin edilib, habelə bu təbəqədən olan şəxslərə 6354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri bu il də uğurla davam etdirilir. Bu ilin birinci rübündə 28 nəfər əlilliyi olan şəxs Türkiyə Respublikasına bərpa müalicəsinə yola salınıb. Bu il ərzində ƏƏSMN tərəfindən 115 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 70 nəfər sağlamlıq imkanları məhdud uşaq, ümumilikdə 185 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndəriləcək ki, bu da ötən illə müqayisədə 20 faizədək çoxdur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol