• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai birlik orta məktəbdə təlim keçdi - Fotolar

İctimai birlik orta məktəbdə təlim keçdi - Fotolar
21.04.2015 16:39
Bu gün "Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyi Bakı şəhəri Sabunçu rayon F. Bayramov adına 22 saylı tam orta məktəbdə " İbtidai sinif şagirdlərinin dünyagörüşlərinin formalaşmasında sinifdənxaric işlərin rolunun təbliği” mözusunda sayca ikinci təlimini keçirdi.
 
ANN.Az xəbər verir ki, təlimdə iştirak edən şagirdlər və valideynlər qeydiyyatdan keçdikdən sonra şagirdlərə istifadə ediləcək paylaşma materialları paylanıldı. Öncə şagirdlərə ictimai birliyin bu günə kimi gördüyü işlərlə bağlı video çarxı təqdim edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra birliyin sədri Əli Cəfərov Layihənin məqsədi barədə iştirakçılara məlumat verdi. Ə.Cəfərov bildirdi ki, "əsas məqsədimiz yetişməkdə olan gənc nəslin dünyagörüşünü formalaşdırmaq, onların mənəvi aləmini zənginləşdirməkdir”.Birliyin sədri uşaqların asudə vaxtlarının düzgün təşkil olunmadığı üçün onların əsas toplaşdıqları yerlər ya çayxanalar, ya da radikal dini qrupların məskunlaşdıqları ofislərdir. Bu vəziyyət sonradan həm ailə, həm də cəmiyyət üçün problemə çevrilir.
 
Layihənin Azərbaycan Respublikası Rrezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyələşdirildiyi qeyd olundu. Ə. Cəfərovdan sonra təlimçi Cavid müəlim şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində sinifdənxaric işlərin rolu ilə əlaqədar çıxış edib. "Sinifdənxaric işlər düzgün təşkil edildikdə şagirdlərdə əxlaqi dəyərlər formalaşır və onların dünyagörüşləri artır” – deyə qeyd edən mütəxəssis bildirdi ki, şifahi xalq ədəbiyatı incilərinin mənimsənilməsi insanın dünyagörüşünün formalaşmasında, vətəndaş cəmiyyətinə inteqrasiyada ona yardımçı olacaq Şagirdlərdən Fatimə,Kənan, Xatirə , Alya , Cavad ,Elşad, Fatiməvə başqaları nümunəvi şagird kimə deyilir, qocalara niyə hörmət etmək lazımdi , əməksevərlik nə deməkdir kimi müəllimənin ünvanladığı suallara cavab verdilər. Təlimin sonunda 22 saylı orta məktəbdə uzun müddət çalışan Qəsidə müəllimə və Tünzalə və Turanə müəllimə məktəblərdə bu formada keçirilən təlimlərin müsbət nəticələri barədə fikilərini bölüşüblər. Təlim Urmiyalı asıq Səid Əsgərin " Qacaq Nəbi” mahısılə başa çatdı.
 






www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol