• $
  • €
  • ₽
  • ₺
  • £

Metronun qrafiki dəyişir

Metronun qrafiki dəyişir
23.04.2015 12:40
Bakıda Avropa Oyunları keçirilən dövrdə nəqliyyat 20 saatlıq iş rejimində çalışacaq

Avtobuslar və metro gecə də işləyəcək

"Bakı 2015”ı Avropa Oyunlarının keçiriləcəyi günlərdə Bakı nəqliyyatında heç bir problem olmayacaq.

ANS PRESS-in məlumatına görə, istər şəhərdaxili, istərsə də, şəhərlərarası nəqliyyatda çatışmazlıqlar olmayacaq.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, Avropa Oyunları ərəfəsində sərnişin avtobusları 20 saatdan çox işləyəcək.

"Sərnişin avtobusları səhər saat 5-dən işləməyə başlayacaq və gecə saat 1-ə qədər işləyəcək. Oyunların açılış və bağlanış günlərində isə ola bilsin avtobuslar bütün gecəni də işləsin”, - deyə Namiq Həsənov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, avtobus sürücüləri isə növbəli sistemdə işləyəcək.

Avropa Oyunları ərəfəsində Bakı Metropoliteni də gücləndirilmiş iş rejimində çalışacaq.
"Metro səhər saat 6-da işə başlayacaq və gecə saat 1-ə qədər xidmət göstərəcək. sərnişinlərin çoxluğunu nəzərə alaraq, metronun xidməti gecə saatlarına qədər uzadıla bilər. Avropa Oyunlarının açılış günü və bağlanılacağı gün metro qatarları gecə saatlarında da xidmət göstərə bilər. Çünki stadiona yaxın olan "Koroğlu” stansiyasına sərnişin axını ola bilər. Çalışacağıq ki, sərnişinlərin rahatlığını tam təmin edə bilək”, - deyə Nəsimi Paşayev bildirib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində də Avropa Oyunlarının keçirilməsilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq hazırlıq işləri yekunlaşmaq üzrədir.

"Dəmir yolu vağzalında və bütün stansiyalarda xarici dillərdə məlumatlandırıcı tablolar asılır. Nəzarətçilər və növbətçilər xarici dil kursları keçiblər. Bundan başqa, nəzərdə tutulub ki, əgər sərnişin sıxlığı yaranarsa, bu zaman xəttə əlavə qatarlar buraxıla bilər”, - deyə Nadir Əzməmmədov bildirib.

Bakı Beynəlxalq Avtovağzalı da da Avropa Oyunlarının keçirilməsilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar. Avtovağzalın rəhbərliyindən ANS PRESS-ə verilən məlumata görə, lazım gələrsə, xətlərə əlavə avtobuslar buraxılacaq. Bundan başqa, səhərlərarası və beynəlxalq avtobus reyslərində xidmət göstərən avtobuslar sərnişinlərin rahatlığını tam təmin edə biləcək vəziyyətdə olacaq.

Qeyd edək ki, ilk Avropa Oyunları iyunun 12-dən 29-dək Bakıda keçiriləcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol