• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevə mükafat verildi

İlham Əliyevə mükafat verildi
23.04.2015 18:06
Ankarada Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını öz sıralarında birləşdirən Media İxtisas Jurnalistləri Federasiyasının 2014-cü il üçün müəyyən etdiyi mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Türkiyə parlamentinin üzvləri, nüfuzlu siyasətçilər, elm adamları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Ankarada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Media İxtisas Jurnalistləri Federasiyasının sədri Kənan Macit bildirib ki, müxtəlif sahələr üzrə mükafatların sahibləri nüfuzlu münsiflər heyəti tərəfindən müəyyən edilib.

Son illərdə bütün sahələrdə böyük uğurlar əldə edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb.

Qeyd edilib ki, Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla yanaşı, beynəlxalq strateji tərəfdaşlıqla bağlı yeni sazişlər imzalayaraq, sistemli və düşünülmüş xarici siyasət yürütdüyünü nümayiş etdirir.

Azərbaycan Prezidentinin layiq görüldüyü nüfuzlu mükafat ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalova təqdim edilib.

Xatırladaq ki, "Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülənlər arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Albaniyanın Baş naziri Edi Rama da var.

Mərasimdə Türkiyədə elm, siyasət, biznes, jurnalistika və digər sahələrdə böyük uğurlar əldə edən nüfuzlu şəxslərə və qurumlara da Federasiyanın mükafatları təqdim edilib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol