• $
  • €
  • ₽
  • ₺
  • £

"Artilleriya Allahı" yad edildi - Fotolar

"Artilleriya Allahı" yad edildi - Fotolar
23.04.2015 22:43
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin görkəmli hərbi xadim general Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində tədbirlər davam edir. 

ANS PRESS-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu tədbirlər silsiləsinin davamı olaraq aprelin 23-də böyük sərkərdə general Ə.Şıxlinskinin Yasamal qəbirstanlığındakı məzarı önündə anma tədbiri keçirilib. Tədbirdə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə nazirliyin bir qrup zabiti, Şıxlinskilər nəslinin nümayəndələri və digər şəxslər iştirak edib.

General Ə.Şıxlinskinin xatirəsini yad etmək məqsədilə fəxri qarovul düzülərək onun məzarı önünə əklil və gül dəstələri qoyulub. Sonra Müdafiə nazirinin müavini general-leytenant K.Vəliyev çıxış edərək bildirib ki, tanınmış hərbi xadimin 150 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti cənab İ.Əliyevın sərəncamına əsasən Müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb.

Yubiley tədbirlərinin keçirilməsi fevral ayında generalın doğma yurdu Qazaxdan başlayıb. Görkəmli sərkərdənin dünya hərb nəzəriyyəsində - artilleriya elmindəki kəşfləri, XX əsr müharibələrində, cəbhələrdə qazandığı təcrübələrinə əsaslanaraq 1918-ci ildə müstəqil Azərbaycan Ordusunun yaranmasında və formalaşmasındakı fəaliyyəti xalqımızın yaddaşında həmişə qalacaq. Bu gün də onun hərb elminə - artilleriya elminə gətirdiyi yeniliklər, kəşflər xüsusi əhəmiyyəti baxımdan orduda tətbiq olunur. Generalın keçdiyi ömür yolu hər kəsə örnəkdir. 

Şıxlinskilər nəslinin nümayəndəsi, əməkdar incəsənət xadimi Ziya Şıxlinski çıxış edərək, sərəncamla bağlı, keçirilən təntənəli yubiley tədbirləri ilə əlaqədar İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını ifadə edib.

Sonda yekun yubiley tədbirinin sentyabr ayında Bakının erməni-bolşevik daşnak qüvvələrindən azad olunduğu gündə keçiriləcəyi diqqətə çatdırılıb.
 






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol