• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq orqanlarına işə qəbul olmaq istəyənlərin nəzərinə

Prokurorluq orqanlarına işə qəbul olmaq istəyənlərin nəzərinə
24.04.2015 22:25
Baş Prokurorluq orqanlarına sənəd qəbulu başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant 100 ştat vahidi üzrə müsabiqə elan edilmişdi.

Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 380 namizəd üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı mayın 8-də saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahan Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək (Bakı şəhəri, A.Sultanova küçəsi, 5).

Müsabiqədə iştirak edən namizədlər mayın 5-də və 6-da saat 10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə test imtahanına buraxılış vərəqəsini və imtahanın keçirilməsi qaydalarını əks etdirən "Yaddaş kitabçası"nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Müsabiqədə iştirak edən namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə olunub:

- Azərbaycan Respublikasının Konstitusiyası;
- "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
- "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
- "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya;
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
- "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.

Müsabiqə ilə əlaqədar prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsilə məlumat əldə etmək olar

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol