• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta "hüquq müdafiəçisi" saxlanıldı

Saxta "hüquq müdafiəçisi" saxlanıldı
27.04.2015 16:51
Azərbaycanda dələduzluqda təqsirləndirilən və özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxs saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Şirvan Şəhər-Rayon Polis Şöbəsinin müstəntiqi Anar Bayramovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Şirvan şəhərində fəaliyyət göstərən "Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü İskəndərli Azad Vəlyəddin oğlu Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri təqsirləndirilir.

Daha əvvəl Cinayət Məcəlləsinin 182.1, 228.1, 228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azad İskəndərli özünü hüquq müdafiəçisi kimi təqdim edərək, hüquq təhsili olmadığı halda qanunsuz vəkil xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham edilir.
 
İstintaqla müəyyən edilib ki, o, etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törədib.
 
A. İskəndərli 2008-ci ilin oktyabr ayında Şirvan şəhərində fəaliyyət göstərən "Sərvət” Şadlıq sarayının sahibi Qasımov İbrahim Əli oğlundan 2500 manat borc pul alıb və qaytarmayıb. O, sahibkarı şantaj edərək hər ay 300 manat ödəməsini tələb edib. Ə.Məmmədov isə bununla razılaşmayıb.
 
Bundan başqa, o, Salyan rayon Bəşirbəyli kənd sakini Həşimov Seymur Çingiz oğlundan 1200 (min iki yüz) manat, Bakı şəhəri, Suraxanı rayon sakini Dəmirova Nazilə İskəndər qızından, onun övladları Simrand və İlkin Dəmirovlardan 4350 manat məbləğində pulu aldatma yolu ilə alıb.
 
Faktla bağlı araşdırma davam edir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol