• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda III Qlobal Açıq Cəmiyyətlər Forumu başladı

Azərbaycanda III Qlobal Açıq Cəmiyyətlər Forumu başladı
29.05.2020 07:55
Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb.

APA-nın məlumatına görə, Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Forumda iki ölkənin prezidenti, 4 ölkənin baş nazir və xarici işlər naziri, 41 ölkənin sabiq prezidenti olmaqla ümumilikdə 72 ölkənin rəsmiləri iştirak edir.

ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, Çexiya, Polşa, Yaponiya, Rumıniya, Ukrayna, Andorra, Əfqanıstan, Albaniya, Bosniya və Herseqovina, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kolumbiya, Misir, Estoniya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Latviya, Livan, Liviya, Litva, Makedoniya və digər ölkələrdən rəsmilər iki gün ərzində Bakıda birgə müzakirələr aparacaq, bəyanatlar verəcəklər.

Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosev Plevneliyev, Makedoniya prezidenti Georgi İvanov, Malta baş naziri Jozef Musukat çıxış edəcək, Almaniya baş naziri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kameron, BMT-nin sabiq baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq dövlət katibi Henri Kesincer və Latviyanın sabiq baş naziri Vayra Vayk-Frayberqanın Foruma təbrikləri oxunacaq.

"Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində müzakirələr aparacaqlar.

Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol