• $
  • €
  • ₽
  • ₺
  • £

Su haqqında bilmədiyiniz 7 fakt

Su haqqında bilmədiyiniz 7 fakt
29.04.2015 16:05
Su ən çox araşdırılan maddələrdən biridir. Bu da təsadüfi deyil. Çünki çaylar, dənizlər, göllər, okeanlar və buzlaqlar Yer səthinin 71 faizini əhatə edir.

 Bəs daim araşdırılan su haqqında daha hansı yeni faktları öyrənmək olar? Uolls Nikols adlı müəllif "Suya daha yaxın" kitabında su haqqında bir çox maraqlı məlumatlar verib. ANS PRESS oxuculara həmin kitabdan götürülmüş su haqqında bilmədiyiniz 7 yeni faktı təqdim edir.

Beyin və su. 
1,1 trilyon hüceyrədən ibarət insan beyni bir növ suda yerləşir - o, şəffaf, rəngsiz onurğa mayesinin içərisindədir. Bu maye beyni zədələrdən qoruyur, kəllə sümüyündə təzyiqi tənzimləyir. Bu mayenin daha bir vacib funksiyası var - həmin maye beynin bir növ üzməsini təmin edir. Bununla da onun faktiki çəkisini 1400 qramdan (1,4 kq) 20-25 qrama qədər azaldır. 

Xoşbəxtlik təbiətdədir. 
Mütəxəssislər smartfonlar vasitəsilə 1 milyondan çox insan arasında sorğu keçiriblər. Həmin sorğuda insanların olduqları yerlər həm də GPS vasitəsilə də izlənilib (öz razılıqları ilə). Müəyyən edilib ki, insanlar açıq havada olarkən özlərini daha xoşbəxt hiss edirlər, nəinki şəhərdə. Xüsusilə çay və dəniz sahilində olanlar özlərini hamıdan xoşbəxt hiss etdiklərini deyiblər. 

Qara laqun (dənizdən ayrılmış kiçik göl). 
Britaniyada yerli əhalinin Mavi laqun adlandırdıqları təbii karyer var. O, uzun illər boyu üzgüçüləri öz firuzəyi suyu ilə cəlb edib. Halbuki onun sahili boyu belə bir xəbərdarlıq yerləşdirilmişdi: "Diqqət! Bu su göz və dərini qıcıqlandıra, mədədə problem yarada, göbələk infeksiyalarına və səpkiyə səbəb ola bilər". Məsələ bundadır ki, bu suyun tərkibində pH səviyyəsi ammonyak və ya xlor ilə müqayisə edilə bilər, dibi tullantılar və ölü heyvanların cəsədləri ilə çirkəndirilib. Bütün bunlara əhəmiyyət verməyən insanları oradan uzaqlaşdırmağın tək yolu suyu qara rəngə boyamaq olub.

Suyun xilasedici rəngi. 
İnsan beyni göy rəng və onun çalarlarının pozitiv təsirinə qarşı qoya bilmir. İntiharların geniş yayıldığı Yaponiyada bundan intiharların sayını azaltmaq üçün istifadə ediblər. Məsələ burasındadır ki, bir neçə il əvvəl Yaponiyanın xüsusilə kriminogen bölgələrində, həmçinin dəmir yolu stansiyalarında göy işıqlar quraşdırılıb. Nəticədə intihar halları 9 faizədək enib. Ən maraqlısı isə odur ki, göy rənglə işıqlandırılmış dəmir yolu stansiyalarında özünü öldürmə halları tamamilə kəsilib.

Endorfinlər hovuzda. 
İnsan üzəndə nə baş verir? Qəribə səslənsə də bu zaman insan nəşə çəkəndə baş verən proseslər olur. Beyinin endorfin və endokannabionidlər ifraz etməsi nəticəsində stres və həyəcan hiss olunacaq dərəcədə azalır. Bu maddələr həm də "qaçan adam eyforiyası" yaradır. Belə ki, uzun müddət fiziki aktiv olan insanlarda yüngül sərxoşluq hissinə bənzəyən yüksəlmə hissi yaranır. Bundan başqa üzmə yoqaya bənzəyir. Üzən zaman əzələlər ritmik olaraq dartılır və boşalır, tənəffüs dərin və ritmik olur. Nəticədə - üzgüçü meditativ vəziyyətə girir.

Diş ağrısına qarşı fəvvarə. 
2012-ci ildə malayziyalı stomatoloqlar qrupu diş müalicəsinə başlamazdan əvvəl 12-16 yaşlı uşaqların yanında fəvvarə səsi səsləndiriblər. Nəticədə təbii su səsi onların müalicə qabağı narahatlıq və qorxusunu 9 faiz azaldıb.

Su səthinin gözəlliyi. 
Suyun hərəkəti, onun əks etdirməsi, parlaması və sayrışması insanları ovsunlayır və hipnoz edir. Çünki insan DNT-si belə qurulub. 6-17 aylıq uşaqlar arasında aparılan araşdırmalarda görülüb ki, bu uşaqlar əlləri və ayaqlarını yerə qoyaraq səthi parlaq olan müxtəlif əşyaları yalamağı xoşlayırlar. Kasıb ölkələrdə isə daha böyük uşaqlar məhz bu formada duraraq yağış gölməçələrindən su içirlər. Mütəxəssislərin fikrincə, uşaqların parlaq səthlərə olan marağının səbəbi ondan ibarətdir ki, insan suyun parlamasının və sayrışmasının faydalarını bilməzdən əvvəl onu dərk etməyə başlayır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol