• $
  • €
  • ₽
  • ₺
  • £

I sinfə şagird qəbulu başladı

I sinfə şagird qəbulu başladı
01.05.2015 11:12
Mayın 1-dən etibarən Bakı məktəblərinin I sinfinə şagirdlərin qəbulu başlayır.

Oxu.Az xəbər verir ki,Azərbaycan təhsil nazirinin "2015/2016-cı tədris ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə” əmrinə əsasən, martın 5-dən ərizələrin elektron qeydiyyatı keçirilir. 

Ərizəsi elektron qeydiyyatdan keçmiş vətəndaşların övladlarının sənədləri mayın 1-dən başlayaraq, hər bir müəssisədə təmsil olunacaq işçi qrup tərəfindən qəbul ediləcək.
 
Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş işçi qrup tərəfindən həyata keçirilir. Məktəb direktorunun rəhbərlik etdiyi qrupun tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndələri daxildir. 

İşçi qrup 2 mərhələdə fəaliyyət göstərir: 

I mərhələ 1 maydan 31 may tarixədək, II mərhələ isə 1 avqustdan 15 sentyabra qədər olan dövrü əhatə edir. İşçi qrupu sənədləri hər həftənin I-VI günləri (bayram günləri istisna olmaqla) saat 10:00-dan 15:00-dək qəbul edir.
 
I sinfə elektron ərizə verən valideyn şagird qəbulu üçün müvafiq sənədləri işçi qrupa təqdim edir. Təqdim edilən sənədlər tələblərə tam uyğun olduğu halda işçi qrup uşaqla tanışlıq müsahibəsi aparır. Müsahibə prosesində əsas diqqət uşağın fiziki və əqli inkişafının və təlim dilini (seçdiyi bölməyə uyğun) bilmə səviyyəsinin qiymətləndirilməsinə yönəldilməlidir. İşçi qrupun üzvlərində uşağın normal inkişafı barədə rəy formalaşdığı halda sənədlər qəbul edilir və valideynə bu barədə qəbz verilir. Uşağın hansı müəllimin sinfində təhsil alması barədə valideynin arzusu öyrənilir və bu haqda müvafiq reydlər edilir. Lakin valideynə hökmən izah edilməlidir ki, bu yekun seçim hesab edilə bilməz və şagirdlərin siniflərdə komplektləşdirilməsi yalnız avqust ayı ərzində həyata keçiriləcək.
 
İşçi qrupun fəaliyyətinin I mərhələsində sənədləri qəbul edilən şagirdlərin valideynlərinə övladının məktəbə qəbulu barədə qərarın mayın 31-də qəbul ediləcəyi və bu barədə elektron bildirişlərin SMS-lə telefonuna və ya e-mail ünvanına göndəriləcəyi barədə xəbərdarlıq edilir.
 
Orta məktəblərin I sinfinə bu ilin sentyabrın 15-nə 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, 16.09.2009-cu il tarixdən 31.12.2009-cu il tarixədək olan dövrdə anadan olan və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada müsahibədən uğurla keçmiş və Təhsil Nazirliyinin təşkil etdiyi məktəbəhazırlıq qrupunu uğurla bitirən uşaqlar qəbul olunur.
 
Qeyd edək ki, təhsil nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərlərinə uşaqlarını I sinfə qəbul etmək tapşırılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol